AZ

7–8 ballıq zəlzələ təhlükəsi – türkiyəli seysmoloqdan xəbərdarlıq

Musavat.com xəbər verir ki, türkiyəli seysmoloq Süleyman Pampal Egey dənizində, xüsusilə Krit və Rodos adaları ətrafında 7–8 bal gücündə zəlzələ başvermə ehtimalının artdığını bildirib.

Alimin sözlərinə görə, bu proqnoz son vaxtlar Türkiyə sahillərində, xüsusilə Mərmərə bölgəsində müşahidə olunan seysmik aktivliyin yüksəlməsi ilə əlaqədardır.

Süleyman Pampal CNN Türk telekanalına açıqlamasında deyib:

“Balıkəsir vilayətində qeyri-adi vəziyyətlə üz-üzəyik. Burada hər gün 4–5 bal gücündə təkanlar qeydə alınır, son dövrdə iki dəfə 6 bal gücündə zəlzələ yaşadıq. Bu il ərzində oxşar vəziyyət Egey dənizində də müşahidə olunur. Afrika plitəsinin tektonik qırılma xəttinin ucu magma qatına yaxınlaşır və şərqə doğru hərəkət edir. Bu şərait Krit və Rodos adaları arasında güclü zəlzələnin başvermə ehtimalını artırır. Onun maqnitudası 7–8 bal ola bilər”. 

Seysmoloqun sözlərinə görə, bölgədə seysmik riskin artması ciddi təhlükə siqnalı kimi qiymətləndirilməlidir. 

 

Musavat.com

Seçilən
35
9
musavat.com

10Mənbələr