AZ

Millimizdə oynamış iki futbolçunun adı Türkiyədəki mərc qalmaqalında çəkilir

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyədə mərc qalmaqalı davam edir.

İdman.Biz Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən bildirir ki, Azərbaycan milli komandasında oynamış

Mert Çelikin və Emre Kaplanın mərc oyunlarında iştirak etdikləri müəyyənləşib.

Hazırda “Sivasspor”da çıxış edən Çelikin TFF-in açıqladığı 1024 nəfərlik siyahıda yer alıb.

Çelik “Neftçi” və “Səbail”in formasını geyinib. O, həmçinin Azərbaycanın U-21 yığmasında 7 qarşılaşmada, əsas millidə isə 1 matçda çıxış edib.

Hazırda “Ümraniyespor”da oynayan Emre Kaplanın da adı 1024 nəfərlik siyahıdadır.

Kaplan Azərbaycanın U-19 və U-21 yığmalarında forma geyinib. O, hər iki komadanın heyətində 3 oyuna çıxıb.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
icma.az

2Mənbələr