Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Çinin "Lonvi Biosciences" laboratoriyasının mütəxəssisləri insan ömrünü uzatmağa imkan verən yeni preparatın hazırlandığını açıqlayıblar.
Axşam.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Həbin tərkibi üzüm çəyirdəyi ekstraktında olan birləşməyə əsaslanır. Alimlərin sözlərinə görə, dərman orqanizmdəki “zombi hüceyrələr” adlanan – bölünməsini dayandıran, lakin toxumalarda iltihaba səbəb olmağa davam edən qocalmış hüceyrələri məhv etməyə yönəlib.
“150 ilədək yaşamaq tamamilə realdır. Bir neçə ildən sonra bu, reallığa çevriləcək,” deyə, şirkət nümayəndələri bildiriblər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.