AZ

Abdulla Zubir bundan sonra Hacı Zubir olacaq?

ain.az bildirir, Footbal-plus portalına istinadən.

“Qarabağ”ın kapitanı Abdulla Zubir Ümrə ziyarətinə yollanıb. “Football-plus.az” xəbər verir ki, Mərakeş əsilli fransalı futbolçu müqəddəs Ümrə ziyarətini həyata keçirmək məqsədilə Səudiyyə Ərəbistanına gedib. Bizə çatan bilgiyə görə, onun ziyarəti noyabrın 14-də bitəcək. Zubir ziyarəti həyata keçirmək üçün “ekonom paket”dən yararlanıb. Həmin paketin qiyməti isə 1275 ABŞ dolları təşkil edir.Oxucularda sual yarana bilər: görəsən, bundan sonra Zubirə Hacı Zubir kimi müraciət edə bilərikmi? Birmənalı şəkildə xeyr. Həcc mövsümündən kənar müddət ərzində Kəbənin ziyarəti ümrə adlanır. Ümrə ziyarətini gerçəkləşdirən şəxs böyük savab qazansa da, hacı sayılmır. Yalnız Zilhiccə (2025-də mayın 28-dən iyunun 27-nə qədər olub – red.) ayınln bəlli günlərində və şəriətdə nəzərdə tutulmiş şəkildə həcc əməllərini yerinə yetirmiş adama hacı deyirlər. ORXAN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
icma.az

2Mənbələr