ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo “Liverpul”un hücumçusu Federiko Kyezanın 2026-cı il DÇ-2026-nın seçmə mərhələsinin noyabr ayındakı oyunlarında milli komandada oynamaqdan imtina etdiyini açıqlayıb.
İdman.Biz bildirir ki, İtaliya millisi Moldova (13 noyabr) və Norveç (16 noyabr) ilə qarşılaşacaq.
“Mən onunla tez-tez danışıram. Hər birimizin qərarlarına və narahatlıqlarına hörmətlə yanaşmalıyıq. Bir-birimizə nə dediyimizi çox yaxşı bilirik və oyunçunun mənə dediklərinə hörmətlə yanaşmalıyam. Bundan artıq bir şey deyə bilmərəm”, - deyə Qattuzo bildirib.
Bu mövsüm Kyeza “Liverpul”un heyətində bütün yarışlarda 12 oyunda meydana çıxıb, iki qol vurub və üç məhsuldar ötürmə edib.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.