BAKI,TurkicWorld, Orxan Qədirzadə
Türkiyə Futbol Federasiyası tərəfindən peşəkar liqalarda idman mərc oyunları ilə bağlı aparılan araşdırma çərçivəsində, mərc oynadığı müəyyən edilən 1024 futbolçu Futbol Disiplin Təlimatının 57-ci maddəsinə əsasən ehtiyat tədbiri ilə Türkiyə Futbol Federasiyasının hüquq müşavirliyi tərəfindən Peşəkar Futbol Disiplin Komitəsinə göndərilib. Bu qərardan sonra Milli Komandaların heyətlərində dəyişiklik edilib.
TurkicWorld xəbər verir ki, Federasiyanın açıqlamasına əsasən, A Milli Komandanın heyətindən Eren Elmalı, Ümid Milli Komandanın heyətindən İzzet Çelik və U19 Milli Komandasının heyətindən Ege Albayrak çıxarılıb.
Məlumata görə, qərar dərhal qüvvəyə minib və dəyişikliklər rəsmi olaraq qeydiyyata alınıb.