Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Benfika” klubunun və Norveç millisinin hücumçusu Andreas Şölderup Danimarka hakimiyyəti tərəfindən yetkinlik yaşına çatmayanların iştirakı ilə pornoqrafiya yaymaqda ittiham olunub.
İdman.Biz bu barədə “A Bola”ya istinadən məlumat verir.
Hadisənin iki il əvvəl, norveçlinin Danimarkanın “Nordşellan” komandasında oynadığı zaman baş verdiyi bildirilir. 21 yaşlı hücumçu günahını boynuna alaraq intim videonu dostuna ötürdüyünü iddia edib. Şölderup altı ilə qədər həbs cəzası ilə üzləşə bilər.
Bu mövsüm norveçli doqquz Portuqaliya liqa matçında oynayıb, bir qol vurub və bir məhsuldar ötürmə edib. O, həmçinin Çempionlar Liqasının altı oyununda da eyni sayda məhsuldar ötürmə edib. 14 oktyabrda Şölderup Yeni Zelandiyaya qarşı yoldaşlıq oyununda (1:1) Norveç millisində məhsuldar ötürmə edib.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.