AZ

Bakıya gəlib, cənnətə düşüb: “Dostlarım çoxdur, qətiyyən darıxmıram”

“Bakı möhtəşəm şəhərdir. Burada özümü qonaq kimi hiss etmirəm. Çünki kifayət qədər dostum var”.

“Zirə”nin müdafiəçisi Ange Mutsinzi Sportinfo.az-a açıqlamasında ölkəmizdəki günlərindən bəhs edib.

Ruanda millisinin də şərəfini qoruyan 27 yaşlı futbolçu cənnətə düşüb. Nəinki Azərbaycanda yaşamaq onu məmnun edir, həm də vaxtilə çiyin-çiyinə top qovduğu futbolçuları tapıb.

Səbəbkarın dilindən eşidək:

“Asudə vaxtlarımı ticarət mərkəzlərində, restoranlarda keçirirəm. Əsas odur ki, burada tək deyiləm, yaxşı dostlarım var.

Daha çox komanda yoldaşlarım Stefan Aka və Leroy Mikelslə oluram. Ötən mövsüm “Zirə”də oynayan Rüstəm Əhmədzadə də mənə çox yaxındır.

Onunla da görüşürük, gəzirik. “Sumqayıt”ın sol cinah müdafiəçisi Keffel Resende ilə “Kəpəz”in hücumçusu Luis Paçu da dostlarımdır.

Hər ikisi ilə Portuqaliyada eyni komandada oynamışıq. Bir sözlə, Azərbaycanda dostlarım çoxdur. Qətiyyən darıxmıram”.

Maraq üçün bildirək ki, Ange Mutsinzi, Keffel Resende və Luis Paçu 2021-2023-cü illər aralığında Portuqaliya təmsilçisi “Trofense”də birlikdə çıxış ediblər.

HƏBİB

Seçilən
24
sportinfo.az

1Mənbələr