AZ

Rusiya Ermənistanla münasibətlərin gücləndirilməsini dəstəkləyir

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ermənistana qarşı “hibrid müharibə” ilə bağlı bəyanatlar ölkədə Rusiya ilə əlaqələrin inkişafını dəstəkləyən şəxslərin təqibləri fonunda səslənir. Onun sözləri Nazirliyin rəsmi saytında yayımlanıb.

Zaxarova qeyd edib ki, Rusiya hər zaman istənilən xalqın suveren seçiminə hörmət edib və bundan sonra da hörmətlə yanaşacaq. O əlavə edib ki, Moskva İrəvan üçün etibarlı müttəfiq olaraq qalır.

Doğru.az xəbər verir ki, sentyabr ayında Ermənistanın baş naziri Nikol Paşinyan da bəyan edib ki, İrəvan Moskva ilə hazırda transformasiya mərhələsində olan münasibətləri gücləndirmək niyyətindədir.

DOĞRU.AZ

Seçilən
42
1
dogru.az

2Mənbələr