"Yaz bitti", "Hoşçakal" kimi məşhur türk filmlərində çəkilən aktyor Yalçın Dümer 27 il sonra maraqlı etiraflar edib. Sənətçi Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın uzaqgörənliyinə heyran qaldığını vurğulayıb. Metbuat.az xəbər verir ki, məşhur aktyor bu barədə "İndiki ağlım olsaydı" verilişində danışıb. Onun sözlərinə görə ailə həyatının uzun sürməyəcəyini Ərdoğan toy günü ona deyib: "1998-ci ildə Esra Balamir adlı xanımla ailə həyatı qurdum. Hörmətli prezidentimiz Rəcəb Teyyub Ərdoğan o vaxt İstanbulun bələdiyyə sədri idi. Nikahımızı cənab Ərdoğan kəsdi. Rəsmi mərasim başa çatandan sonra hörmət əlaməti olaraq Ərdoğanı özüm yola saldım. Maşına əyləşəndə üzünü mənə tutub dedi ki, Yalçın, bu evlilik 6 aydan çox çəkməyəcək. Onun dediyi kimi oldu. Altı ayın tamamında boşandıq". Aktyor gənclərə izdivaca girərkən yüz ölçüb bir biçməyi tövsiyə edib.