AZ

Paşinyan bu sözü ilə müharibəni başlatmış oldu Petrosyan

Bakupost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Mən haçansa demişəmmi ki, o (Nikol Paşinyan - red.) mənim mənəvi övladımdır?

Bakupost.az xəbər verir ki, bu sözləri Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan jurnalistlərin bu istiqamətdən sualını cavablandırarkən deyib.

Jurnalistlər buna cavab olaraq 2008-ci il prezident seçkilərində Nikol Paşinyanın onun namizədliyini müdafiə etdiyini xatırladıb.

“Məni çoxları müdafiə edirdi. Qarabağla bağlı mənim siyasətimlə onun siyasəti arasında heç bir oxşarlıq yox idi, tamamilə bir-birindən fərqlənirdi. O, “Qarabağ Ermənistandır və nöqtə” deməklə mənim tezisimi məhv etdi və bununla müharibəyə təhrik etdi”, - o bildirib.

Asena,

BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
1
www.bakupost.az

2Mənbələr