AZ

Praqada Zəfər Günü münasibətilə xatirə gecəsi keçirilib (FOTO)

Bakı. Trend:

Çexiyanın paytaxtı Praqada fəaliyyət göstərən AzərbaycanMədəniyyət Evində 8 Noyabr – Zəfər Günü münasibətilə xatirə gecəsitəşkil olunub. Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrəDövlət Komitəsinin, komitənin tabeliyindəki Azərbaycan DiasporunaDəstək Fondunun və Azərbaycanın Çexiyadakı Səfirliyinin birgətəşkilatçılığı ilə baş tutub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, gecəninəvvəlində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali BaşKomandan İlham Əliyevin Şuşa şəhərinin azad olunması ilə bağlıçıxışını və xalqımızın sevinc dolu reaksiyasını əks etdirən videoböyük maraqla izlənib.

Azərbaycan Mədəniyyət Evinin rəhbəri Leyla Begim Cəfərova çıxışedərək, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlıZəfərin tarixi əhəmiyyətindən danışıb. O, xalqımızın azadlıquğrunda apardığı mübarizənin həm mənəvi, həm də milli dəyərbaxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Tədbirdə Leyla Begim Cəfərovanın çex dilinə tərcümə olunan "AtlaGediş" pyesi də səhnələşdirilib. Çex aktyorları Rixard Fiala,Qabriela Pišna, Vitek Mastalir və Krištof Nohinek canlandırdığıobrazlarla tamaşaçılarda güclü emosiyalar yaradıb.

Gecədə, həmçinin rəssam Vəfa Aşumovanın Zəfər Günü münasibətiləhazırladığı “Natəvan” kuklası və rəssam Heyran Mustafazadənin“Rişələr” adlı sərgisi nümayiş olunub.

Praqada
Praqada
Praqada
Praqada
Praqada
Praqada
Praqada
Praqada
Seçilən
70
2
az.trend.az

3Mənbələr