AZ

“Atalanta” baş məşqçi İvan Yuriçi qovub

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

İtaliyanın “Atalanta” futbol klubu İvan Yuriçin baş məşqçi vəzifəsindən azad edildiyini açıqlayıb.

İdman.Biz bildirir ki, Matteo Paro, Migel Veloso, Paolo Barbero, Stjepan Ostojiç və Mikele Orecchio da komandanın məşqçilər heyətini tərk ediblər.

Yuriç 2025-ci ilin yayında, Can Pyero Qasperininin “Roma”ya getməsindən sonra “Atalanta”nın baş məşqçisi vəzifəsini icra etməyə başlayıb.

Komanda İtaliya yüksək divizionunda son səkkiz oyunda cəmi altı xal qazanıb. Klub “Udineze”yə (0:1) və "Sassuolo"ya (0:3) uduzub və altı dəfə heç-heçə edib.

A Seriyasında 11 oyundan sonra “Atalanta” 13 xalla turnir cədvəlində 13-cü yerdədir.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
1
icma.az

2Mənbələr