AZ

“Çelsi”nin Bakıda zədələnən futbolçusunun durumu bilindi

BAKI, 10 noyabr. TELEQRAF

İngiltərənin “Çelsi” klubunun zədəli futbolçusu Romeo Laviyanın durumu bilinib.

Teleqraf xəbər verir ki, belçikalı yarımmüdafiəçi ən azı bir ay müddətinə sıradan çıxıb.

O, Bakıda “Qarabağ”la (2:2) keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV tur oyununun 4-cü dəqiqəsində zədələnərək əvəzlənmişdi.

Qeyd edək ki, Romeo Laviya 2023-cü ildə "Sauthempton"dan "Çelsi"yə 53 milyon funt sterlinq qarşılığında keçib.

Seçilən
57
teleqraf.com

1Mənbələr