BAKI, 10 noyabr. TELEQRAF
İngiltərənin “Çelsi” klubunun zədəli futbolçusu Romeo Laviyanın durumu bilinib.
Teleqraf xəbər verir ki, belçikalı yarımmüdafiəçi ən azı bir ay müddətinə sıradan çıxıb.
O, Bakıda “Qarabağ”la (2:2) keçirilən UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV tur oyununun 4-cü dəqiqəsində zədələnərək əvəzlənmişdi.
Qeyd edək ki, Romeo Laviya 2023-cü ildə "Sauthempton"dan "Çelsi"yə 53 milyon funt sterlinq qarşılığında keçib.