Bu barədə Teleqraf-a təyyarə qəzasında vafat edən Milli Qəhrəman Hökumə Əliyevanın qardaşı Coşqun Nəsibli bildirib.
"Bizə ölkəmizin Qazaxıstandakı Səfirliyindən ucaldılacaq abidə ilə bağlı üç nümunə təqdim edilib. Bunlardan biri ucaldılacaq. Abidə kompleksi təxminən hadisənin il dönümü ərəfəsində olacaq".
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları"na məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.