AZ

Ərdoğan bu evliliyin 6 aydan sonra bitəcəyini demişdi: elə də oldu

ain.az, Lent az portalına istinadən məlumat verir.

Ustad aktyor Yalçın Dümer illər əvvəl nikahlarını kəsən İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Rəcəb Tayyib Ərdoğanın "Bu evlilik 6 ay sonra bitəcək" dediyini və həqiqətən 6 ay sonra boşandıqlarını bildirib. 

Lent.az-ın Türkiyə mediasına istinadla xəbərinə görə, Yalçın Dümer illər əvvəl prezident Rəcəb Tayyib Ərdoğanla yaşadığı təəccüblü bir xatirəni bölüşmək üçün Armağan Çağlayanın YouTube kanalında qonaq olub. Dümer deyib ki, keçmiş həyat yoldaşı Esra Balamirlə evləndikləri zaman onların nikahlarını o vaxtkı İstanbul Böyükşəhər Bələdiyyə başçısı Rəcəb Tayyib Ərdoğan kəsib.

“Xahişlə o vaxtkı İstanbul Böyükşəhər Bələdiyyəsinin başçısı Rəcəb Tayyib Ərdoğan nikahımız kəsmişdi. Nikah mərasimi Qalatasaray adasında idi. Nikahdan sonra məni yola salarkən dedi: “Yalçın, deyəcək sözüm var: bu evlilik altı aydan sonra bitəcək”, - Dümer bildirib və əlavə edib ki, Prezident Ərdoğanın proqnozu doğru çıxıb. 

"Evliliyimiz həqiqətən düz 6 aydan sonra başa çatdı. Həmin gün məni oyuna dəvət etdi və dedi: 'Sənə demədimmi?'"

Yalçın Dümerin açıqlamaları qısa müddətdə sosial mediada gündəm olub.

Yalçın Dümerin evlilikləri 

Yalçın Dümerin ilk evliliyi teatr aktrisası Defne Halman ilə olub. Halmandan boşandıqdan sonra Dümer 1993-cü ildə kino aktrisası Serpil Çakmaklı ilə evlənib. Onlar 1995-ci il mayın 27-də boşanıblar və Merve (1994-cü il təvəllüdlü) adlı bir qızları var. Dümer 1998-ci ilin avqustunda müğənni Esra Balamir ilə evlənib. Qalatasaray adasında baş tutan nikahı Rəcəb Tayyib Ərdoğan kəsib. Onlar 1999-cu ildə boşanıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
lent.az

1Mənbələr