AZ

İsrail Livanda Hizbullah obyektlərinə zərbələr endirib

BAKI,TurkicWorld

İsrail ordusu Livandakı "Hizbullah" təşkilatının hərbi hədəflərinə bir sıra zərbələrin endirib.

TurkicWorld-un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti bildirib.

Məlumata əsasən, Livan ərazisinin şərqindəki Bekaa bölgəsində və cənubundakı Nəbatiyə şəhərində yerləşən silahlıların hədəflərinə hücum edilib.

"Livanın cənubunda İsrail Müdafiə Ordusu son aylarda terrorçuluq fəaliyyətinin qeydə alındığı "Hizbullah" obyektinə zərbə endirib. Nəbatiyyədə bir neçə terrorçu hədəfinə hücum edilib. Bundan əlavə, Bekaa bölgəsində strateji silah istehsalı və saxlama müəssisələrinə qarşı bir sıra zərbələr endirilib", - deyə bildirilib.

Seçilən
19
1
turkic.world

2Mənbələr