BAKI, 10 noyabr.TELEQRAF
Moskvada təhlükəsizlik qüvvələri Dağıstan hökuməti başçısının keçmiş müşaviri, respublika parlamentinin sabiq deputatı Cəfər Abuyevi saxlayıb.
Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti"yə hüquq-mühafizə orqanlarının nümayəndəsi bildirib .
Həbsi Rusiya FSB əməkdaşları həyata keçirib. Onların Mahaçqalada Abuevin qardaşı Maqomedi və bir neçə başqa şəxsi də saxladıqları bildirilir.
"Bütün saxlanılan şəxslər Rusiya İstintaq Komitəsinin Moskva və Mahaçqaladakı binalarına aparılıb. Həmçinin bir sıra yerlərdə axtarışlar davam etdirilir", - məlumatda bildirilir.
Noyabrın 10-da Dağıstanın keçmiş təhsil və elm nazirinin müavininin külli miqdarda rüşvət almaqda ittiham olunaraq saxlanılıb.