Balakəndə çoban iti 83 yaşlı kişini parçalayaraq öldürüb.
"Unikal" xəbər verir ki, hadisə bu gün səhər saatlarında Balakən rayonun Mahamalar kəndində baş verib.
Belə ki, kənd sakini 1942-ci il təvəllüdlü Məhəmməd Atayev kəndlərinin yaxınlığında yerləşən fermanın qarşısından keçərkən fermada nəzarətsiz qalan çoban iti ona hücum edərək ağır xəsarətlər yetirib. 83 yaşı M.Atayev hadisə yerində ölüb.
Məlumata görə, həmin çoban iti aylar əvvəl də mərhuma hücum çəkərək yaralayıb.
Seymur Əli