"Real"ın qapıçısı Tibo Kurtua zədələnib.

Offsideplus.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat məlumat yayıb.

Komandanın əsas qapıçısının sağ ayağındakı əzələsində problem yaranıb.

Futbolçunun müalicəsinə başlanılıb. 

33 yaşlı qolkiperin yaşıl meydanlara nə vaxt qayıdacağı məlum deyil.