AZ

Suraxanı rayonunda oğurluq edən şəxs saxlanılıb

Suraxanı rayonunda oğurluq hadisəsi qeydə alınıb. Belə ki, rayon ərazisində yerləşən çay evlərinin birindən 2000 manat dəyərində məişət əşyaları oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 30 yaşlı X.Abdullayev müəyyən olunaraq saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb.

Araşdırma aparılır.

"Cebheinfo.az" 

Seçilən
41
25
cebheinfo.az

10Mənbələr