AZ

Lukaşenko ABŞ ı Belarusdakı nüvə silahları ilə bağlı xəbərdar edib

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, ABŞ Rusiya taktiki nüvə silahlarının respublikada yerləşdirilməsi ilə bağlı etibarlı məlumata malik olmadığını iddia etməyə davam edir.

Bizimyol.info xəbər verir ki, bu barədə BelTA xəbər agentliyinin məlumat verib.

"Amerikalılar hələ də bizim (taktiki nüvə) silahlarımızın olub-olmadığını bilmədiklərini iddia edirlər. Yaxşı, qoy onlar belə düşünsünlər. Biz onları xəbərdar etmişik. Neçə, harada və ya necə olduğunu demirik... Bu mənim işimdir. Onlar təhlükəsiz yerdədirlər", - deyə prezident qeyd edib.

Əvvəllər Lukaşenko dekabr ayında Belarusda döyüş növbətçiliyinə başlayacaq Rusiyanın "Oreshnik" raket sisteminin ölkə daxilində daşınacağını bildirmişdi.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
75
icma.az

1Mənbələr