AZ

"Gülümsəyən" avtomobil satılır - FOTOlar

Qəribə dizaynı ilə seçilən "Mitsuoka Orochi" idman avtomobili Yaponiyanın "Goo-Net" onlayn platformasında satışa çıxarılıb.

Milli.Az xəbər verir ki, 2008-ci il modeli 37.000 kilometrdən bir qədər az məsafə qət edib. Onun qiyməti 13,2 milyon yendir ki, bu da hazırkı məzənnə ilə 146 min manata bərabərdir.

"Gülümsəyən" kupe orijinal şassi üzərində qurulub. Lakin güc aqreqatı 3,3 litrlik "Toyota" V6 mühərriki "Lexus RX" krossoverindən avtomatik ötürücü qutu ilə birləşdirilib. "Orochi" 100 km/saat sürəti 7 saniyəyə toplayır. /Oxu.Az 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
38
8
milli.az

10Mənbələr