AZ

Xabi Alonso “Rayo Valyekano” ilə oyunu dəyərləndirib

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Madridin “Real” klubunun ispaniyalı baş məşqçisi Xabi Alonso ötən gün “Rayo Valyekano” ilə baş tutan oyunu(0:0) şərh edib.

İdman.Biz İspaniya KİV-ə istinadən xəbər verir ki, mütəxəssis oyunun onlar üçün çox gərgin keçdiyini vurğulayıb.

“Biz həmişə gərgin oyuna hazır oluruq. Bu il də, əvvəlki mövsümlərdə olduğu kimi, bizim üçün asan olmadı. Bu dəfə də hesabda önə keçmək çətin idi. Görüş çox sürətli keçidlər üzərində qurulmuşdu və meydanda temp olduqca yüksək idi - bu gün hər şey məhz belə idi. Bu oyun “Enfild”də “Liverpul”la (0:1) görüşdən sonra idi və biz yaxşı futbol nümayiş etdirmək istəyirdik. Burada rəqibə istədiyin oyunu qəbul etdirmək çox çətindir. Mən bunu emosional dəyişikliklərlə əlaqələndirmirəm - biz bilirik ki, La Liqada oyunlar bir-birinin ardınca gəlir və bu dəfə qalib gəlmək mümkün olmadı”.

Təcrübəli mütəxəssis qeyd edib ki, “Kral klubu”nun strateqiyası daha da böyümək, inkişaf etməkdir.

Bunun üçün müsbət və konstruktiv özünütənqid vacibdir. Hamımız harada olduğumuzu və nə istədiyimizi bilirik. İndi noyabrdır, qarşıda çoxlu oyunlar var. Özümüzə qarşı tələbkarlığı qorumaq lazımdır, amma bununla yanaşı, təmkin də vacibdir.

Bütün ikili mübarizələri qazanmadıq, amma hamısını da uduzmadıq. Bu, gərgin mübarizə idi. Təəssüf ki, keçid fazalarında üstünlüyü ələ ala bilmədik. Məncə, bizdə intensivlik çatışmırdı demək düzgün olmazdı.

İkinci hissədə oyun üzərində nəzarət itdi, çoxsaylı keçidlər oldu və epizodlar yaratmaq mümkün olmadı - qarşılaşma xaotik hal aldı.

Biz harada olduğumuzu bilirik. Həm uğurlu, həm də çətin anlarda balansı saxlamaq vacibdir. Mövsüm uzun və çətin olacaq. Özümüzə qarşı tələbkarlığımız maksimum səviyyədədir, amma biz bununla yaşamağı və bu şəraitə hazır olmağı bacarırıq”.

Alonso həmçinin hücum xətti barədə də danışıb:

“Meydanda fərqli hücumçularımız var idi və onlar da təhlükə yarada bilirlər”.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
1
icma.az

2Mənbələr