"Beşiktaş"da daxili gərginlik yaşanır.
Fanat.Az xəbər verir ki, komandanın portuqaliyalı ulduzu Rafa Silva ilə baş məşqçi Sergen Yalçın arasında münasibətlərin pozulduğu bildirilir.
Türkiyə mətbuatının məlumatına görə, Rafa Silva Sergen Yalçının rəhbərliyi altında oynamaq istəmir və bu səbəbdən məşq proseslərində motivasiyasını itirib.
Xəbəri jurnalist Övünç Özdem yayıb. Onun sözlərinə görə, klub rəhbərliyi yaranmış vəziyyəti həll etməyə çalışsa da, futbolçunun qərarını dəyişmək çətin görünür.
Məlumatlara əsasən, əgər vəziyyət düzəlməsə, Rafa Silvanın qış transfer pəncərəsində komandadan ayrılması istisna olunmur.
Kamil Xudiyev