Xəbər verdiyimiz kimi, Xalq artisti Röya Ayxanın 25 illik səhnə yubileyi unudulmaz anlarla yadda qalıb.
Ölkə.az milli.az-a istinadən xəbər verir ki, sənətçinin illərdir onu sevən pərəstişkarları konsertdə iştirak edərək Röyanı özünəməxsus şəkildə təbrik ediblər.
Səhnəyə yaxınlaşaraq sənətçiyə gül buketi təqdim edən fanata Röya zarafatla müraciət edib:
"Səni sevirəm, səni kim sevirsə, onu da sevirəm!"
Müğənni daha sonra səhnədə maraqlı bir xatirəsini də bölüşüb:
"Bir dəfə bir türk aktrisasına 'ərini sevirəm' dedim, üç ay sonra boşandı. Yazıq Demet Akalına da 'Ağez ərini sevirəm' dedim, Bakıdan gedən kimi o da boşandı. Ona görə, ərinizdən möhkəm yapışın!" - deyə Röya gülərək bildirib.
Sənətçinin bu zarafat dolu sözləri zalda gülüş və alqışlarla qarşılanıb. Tamaşaçılar Röyanın həm səmimiyyətinə, həm də yumoruna böyük rəğbət göstəriblər.