AZ

Sarkozi azadlığa çıxa bilər

Fransa prokurorluğu keçmiş prezident Nikola Sarkozinin həbsxanadan məhkəmə nəzarətinə keçirilməsini təklif edib.

Publika.az xəbər verir ki, bu baradə "Tengrinews.kz" BFMTV-yə istinadən məlumat yayıb.

Bu təklif Sarkozinin azadlığa buraxılması və onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsinə baxılan apellyasiya məhkəməsində keçirilən iclasda səslənib. Fransanın keçmiş prezidenti işdə iştirak edənlərlə əlaqə saxlamağın qadağan edilməsi şərti ilə həbsdən azad edilir. Məhkəmənin qərar çıxaracağı gözlənilir.

Xatırladaq ki, sentyabrda məhkəmə Sarkozini 2007-ci il seçkiləri zamanı Liviya hökumətindən qanunsuz maliyyə almaqda təqsirli bilib. Keçmiş prezident 5 il müddətinə azadlıqdan məhrum edilib, 100 min avro cərimələnib və 5 il dövlət vəzifəsində işləmək qadağan edilib.

Seçilən
45
publika.az

1Mənbələr