AZ

“Dedilər, burada gözləməyin, biz evə çatanda xəbər gəldi ki, ölüb”

Xəbər verdiyimiz kimi, İmişlidə 42 yaşlı hamilə qadın doğuş zamanı vəfat edib.

"Cebheinfo.az" xəbər verir ki, “Qafqazinfo”nun xəbərinə görə, İmişli rayon mərkəzi xəstəxanasının doğum şöbəsində vəfat edən Mirvari Hətəmovanın həyat yoldaşı Daşqın Əhmədov jurnalistlərə bildirib ki, həyat yoldaşı hamiləlik sanıcısı ilə xəstəxanaya aparılıb.

“Yüngül sancılar oldu və dərhal xəstəxanaya apardıq. Həkimlərə təhvil verdik və gözlədik. Bizə məlumat verdilər ki, burada gözləməyin, gedə bilərsiniz. Biz isə evə çatanda xəbər gəldi ki, ana xəstəxanada dünyasını dəyişib. Hamiləlik dövründə hər hansısa bir narahatlıq olmamışdı. Demək olar ki, hər ay həkim müayinəsində olur. Bu dördüncü doğuşu idi. İlk uşaq anadan olandan sonra zəif olduğu üçün vəfat etmişdi. Daha sonra iki övladımız olub. Hazırda birinin 7, digərinin isə 4 yaşı var. Bu uşaq isə artıq doğuş ərəfəsində idi.  Xəstəxanaya apardıq, ana və bətnindəki uşaq öldü”.

Qeyd edək ki, TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, dünən saat 16:30 radələrində 1983-cü il təvəllüdlü qadın 39-40 həftəlik hamiləlik diaqnozu ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Zəruri tibbi yardım göstərildikdən sonra o, Ginekologiya və doğum şöbəsinə yerləşdirilərək doğuş prosesinə cəlb olunub. Lakin doğuş prosesi başlamazdan əvvəl hamilədə arterial təzyiqin anidən yüksəlməsi müşahidə edilib. Zəruri instrumental-diaqnostik müayinələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 17:40 radələrində hamilənin və dölün bioloji ölüm faktı qeydə alınıb.

"Cebheinfo.az" 

Seçilən
28
6
cebheinfo.az

10Mənbələr