AZ

Paradın aparıcısı tənqidlərə cavab vermədi, elə suallara da

Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunan hərbi parad keçirilib. Tədbir yüksək səviyyədə təşkil edilib, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici qonaqlar paradda iştirak ediblər.

Paradda Silahlı Qüvvələrinin qoşun növlərinin şəxsi heyətləri keçid edib, silah və texnikalar nümayiş etdirilib.

Azərbaycan cəmiyyəti parada böyüm maraq göstərib, onminlərlə adam tədbiri izləmək üçün şəhərin mərkəzi hissəsinə, Dənizkənarı Milli Parka axın edib. 

Zəfər paradında bir yenilik də olub - aparıcı. Əvvəlki oxşar tədbirləri Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, ehtiyatda olan polkovnik Abdulla Qurbani aparıb. Bu dəfə isə səhhətində problemlər olduğuna görə bu missiyanı yerinə yetirə bilməyib. Nəticədə aparıcılıq AzTV-nin əməkdaşı Mümtaz Xəlilzadəyə həvalə olunub.

Əksəriyyət onun işini bəyənməyib. Sosial şəbəkələrdə bununla bağlı aparılan geniş müzakirələr, hətta sorğular da belə deməyə əsas verir. Sosial şəbəkə istifadəçiləri düşünürlər ki, M.Xəlilzadənin səs tonu paradın xarakterinə uyğun olmayıb. Bir növ emosiya çatmayıb.

“Yeni Sabah” tənqidlərə münasibətini, paradla bağlı təəssüratını öyrənmək üçün M.Xəlilzadə ilə əlaqə saxlayıb.

Lakin o, danışmaqdan imtina edib: “Paradda etdiyim aparıcılıqla bağlı heç bir açıqlama, şərh olmayacaq. Zənginizə görə təşəkkür edirəm”.


Telegram kanalımız
Seçilən
54
yenisabah.az

1Mənbələr