AZ

“Neftçi”ni məğlub edəndən sonra: “Öyrəşməliyik”

“Çətin, ağır oyun oldu, derbi adına layiq idi”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Toral Bayramov Premyer Liqanın 11-ci turunda “Neftçi”ni 2:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

O, “Çelsi” ilə matçdan (2:2) sonra “Neftçi”yə qarşı mübarizə aparmağın çətin olmadığını bildirib:

“Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Stadionda gözəl atmosfer var idi.

Vacib olan odur ki, tapşırıqları düzgün yerinə yetirib, qələbə qazandıq. Vacib 3 xal əldə etdik.

Artıq qarşıdakı oyunları düşünməliyik. Belə ağır oyunlara öyrəşməliyik. Çünki qarşıda bizi daha çətin matçlar gözləyir.

Həm də “Neftçi” ilə görüşdə belə atmosferin olacağını bilirdik. Bu da bizə əlavə motivasiya verdi”.

Seçilən
40
sportinfo.az

1Mənbələr