AZ

Bakı-Ankara-İslamabad əməkdaşlığı - yeni regional təhlükəsizlik təsisatının formalaşması - Şərh 

Bakıda Azərbaycanın Ermnəsitan üzərindəki qələbəsinin 5 illiiynə həsr olunmuş  hərbi paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan baş naziri Şahbaz Şərifin iştirakı, yalnız Azərbaycan-Türkiyə-Pakistan üçlüyünün daha da güclənməsi ilə bağlı deyil, eyni zamanda Cənubi Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiya arasındakı yeni əməkdaşlıq formatının formalaşmasının rəsmi bir göstəricisidir.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

Deputat bildirib ki, hər iki ölkə liderinin Bakıdakı hərbi paradda iştirakı Türk dünyası ilə yanaşı, bütövlükdə Türk-İslam dünyasında yeni bir güc birliyinin yaranmasını simvollaşdırır: “Həmçinin, Cənubi Qafqazda və Yaxın Şərqdəki güc balansı daha da dəyişir və yeni strateji tərəfdaşlıq münasibətlərini formalaşdırır.

Azərbaycanın bu yeni əməkdaşlıq formatına olan açıq mövqeyi, onun regional və beynəlxalq siyasi sahədəki mövqeyini möhkəmləndirir. Bu cür əməkdaşlıqlar həm də regionda daha geniş bir təhlükəsizlik təsisatının qurulmasına səbəb ola bilər”.

Deputat əlavə edib ki, yeni əməkdaşlıq formatı regional sabitliyə töhfə vermə baxımdan  mühüm əhəmiyyət kəsb edir:

“Türkiyə və Pakistanın iştirakı, həm də yeni əməkdaşlıq formatının yaranması və Cənubi Qafqazın təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun daha da önə çıxması baxımından mühüm əhəmiyyət daşıyır. Bu əməkdaşlıq, həm də Çin və ABŞ kimi böyük dünya gücləri ilə müvafiq təsir sahələrində yeni əməkdaşlıq əlaqələri yaradılmasına səbəb ola bilər. Azərbaycanın hərbi gücü, bu üç ölkənin (Azərbaycan, Türkiyə, Pakistan) daha geniş geosiyasi ərazidə birgə fəaliyyətini təmin edəcək əsas faktordur.

Azərbaycanın bu yeni müttəfiqlik strategiyası, eyni zamanda regionda İran və Rusiya kimi güclərə qarşı balans yaradaraq sabitlik təmin edir.

8 noyabrda keçirilən hərbi paradın, Azərbaycanın həm daxili, həm də xarici siyasətində yeni bir mərhələnin başlanğıcı olduğunu söyləmək mümkündür. Bu parad, həm Azərbaycanın gücünü nümayiş etdirmək, həm də beynəlxalq aləmə sülh, təhlükəsizlik və regional əməkdaşlıq mesajları vermək məqsədi güdür. Azərbaycanın regional və beynəlxalq səviyyədəki yeni strateji mövqeyi, gələcəkdə bölgədəki hərbi və diplomatik balansı əhəmiyyətli dərəcədə dəyişə bilər”.

Mürtəza

Seçilən
42
1
olke.az

2Mənbələr