AZ

Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu təsis edilib

Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu yaradılıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycanın Avstraliyadakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Səfirliyin məlumatında vurğulanır ki, dostluq qrupu 8 Noyabr - Zəfər Günündə Avstraliya Federal Parlamentində rəsmən təsis edilib.

Bildirilir ki, Sağlamlıq, yaşlılar və əlillik üzrə daimi komitənin sədri Mayk Frilender (Əmək Partiyası) və Ticarət və investisiya üzrə birgə daimi komitənin sədr müavini Rik Uilson (Liberal Partiya) parlamentlərarası dostluq qrupunun Avstraliya tərəfdən həmsədrləridirlər.

Qrupa yüksəkvəzifəli rəhbərlər, o cümlədən Senatın sədri Syu Layns, Nümayəndələr Palatasının spikeri Milton Dik və digər parlamentarilər daxildirlər.

"Cebheinfo.az" 

Seçilən
61
3
cebheinfo.az

4Mənbələr