AZ

Ağcaqanad öldürən dronlar  hazırlandı - VİDEO

Amerikalı mühəndislər ağcaqanadlarla mübarizə üçün yeni tipli mini-dron təqdim ediblər.

Musavat.com xəbər verir ki, “Tornyol” adlandırılan cihaz ölçüsünə görə əl boydadır və müəyyən olunmuş ərazidə avtomatik patrul edərək ağcaqanadları məhv etmək üçün hazırlanıb.

Dron çoxsaylı sensorlarla təchiz olunub. O, hədəfi həm səsə, həm də hərəkətə əsasən müəyyənləşdirir və xüsusi lopastlar vasitəsilə uçuş zamanı ağcaqanadı sıradan çıxarır. İstifadəçi mobil tətbiq üzərindən patrul zonası seçir, bundan sonra cihaz müstəqil rejimdə fəaliyyətə başlayır.

Tapşırıq tamamlandıqdan sonra “Tornyol” avtomatik olaraq dok-stansiyasına qayıdır və enerji doldurur. Mütəxəssislər bildirirlər ki, dronun qiyməti təxminən min dollardan bir qədər çoxdur.

Hazırlayıcıların sözlərinə görə, xüsusilə yay mövsümündə bağ evlərində və açıq məkanlarda “Tornyol” ağcaqanadlarla mübarizədə effektiv köməkçi ola bilər.

Musavat.com

Seçilən
27
musavat.com

1Mənbələr