AZ

Hacıqabulda baş verən qəzada iki nəfər ölüb - FOTO - YENİLƏNİB-1

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Hacıqabul rayonu, Muğan qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə APA-ya FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ-21011” və “Hyundai” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə “VAZ-21011” markalı minik avtomobilinin sıxılı vəziyyətdə qalan sürücüsü 1956-cı il təvəllüdlü Abbasov Samir Malik oğlunun və bir nəfər (qadın cinsli) sərnişinin meyitləri avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan əlavə, yol-qəza hadisəsi nəticəsində “VAZ-21011” markalı minik avtomobilinin bir nəfər (qadın cinsli) sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

14:31

Hacıqabul rayonunun Muğan-Meyniman avtomobil yolunun Şirvan kanalınım üstündə yerləşən körpüdə baş vermiş qəzada ölən şəxslərin kimliyi məlum olub.

APA-nın Mil-Muğan bürosu xəbər verir ki, "Hyunadi və "VAZ 21011" markalı avtomobillərin toqquşması nəticəsində Muğan qəsəbə sakinləri, "VAZ21011" markalı avtomonilin sürücüsü 1956-cı il təvəllüdlü Abbasov Sabir Malik oğlu və onun qardaşı arvadı 1953-cü il təvəlüdlü Abasova Nəcabət Nəbi qızı hadisə yerində ölüblər.

Sürücünün həyat yoldaşı - Muğan qəsəbə sakini, 1956-cı il təvəllüdlü Tutuxanım Abbasova xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

***

13:33

Hacıqabulda baş verən qəzada iki nəfər ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Muğan qəsəbəsində baş verib.

"Hyunadi" və "VAZ 21011" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hacıqabulda Hacıqabulda Hacıqabulda Hacıqabulda
Seçilən
41
15
apa.az

10Mənbələr