AZ

İslamiada: Azərbaycanın cüdo yığması komanda yarışında finala vəsiqə qazanıb

Ər-Riyad, 10 noyabr, Elnur Salahov, AZƏRTAC

Azərbaycanın cüdo yığması Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarının qarışıq komanda yarışında finala yüksəlib.

AZƏRTAC xəbər verir ki, milli komandamız yarımfinalda Qazaxıstan kollektivinə 4:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Azərbaycan millisi finalda Özbəkistan seçməsi ilə qarşılaşacaq.

 

Seçilən
59
6
azertag.az

10Mənbələr