AZ

Azərbaycana 9 ayda 2,2 milyard dollarlıq nəqliyyat vasitələri və onların hissələri idxal edilib

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 2,169 milyard ABŞdolları dəyərində nəqliyyat vasitələri və onların hissələri idxaledilib.

Trend bubarədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, sözügedən məhsulların idxalı ötən ilin eyni dövrüilə müqayisədə 478,8 milyon ABŞ dolları və ya 28,3% çoxdur.

Müqayisə üçün bildirək ki, 2024-cü ilin ilk 9 ayında ölkəyə1,690 milyard ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onlarınhissələri idxal edilib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanxarici ölkələrlə 35,375 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 877 milyonABŞ dolları və ya 2,5% çoxdur.

Xarici ticarət dövriyyəsinin 18,606 milyard ABŞ dolları ixracın,16,769 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin eynidövrü ilə müqayisədə ixrac 1,248 milyard ABŞ dolları və ya 6,3%azalıb, idxal isə 2,126 milyard ABŞ dolları və ya 14,5% artıb.

Nəticədə xarici ticarətdə 1,837 milyard dollarlıq müsbət saldoyaranıb. Bu da illik müqayisədə 3,374 milyard ABŞ dolları və ya 2,8dəfə azdır.

Seçilən
72
2
az.trend.az

3Mənbələr