AZ

İstanbulda fövqəladə vəziyyət: Televiziya binasına silahlı hücum oldu

İstanbulun Ayazağa bölgəsində yerləşən BeIN Sports televiziya kanalının mərkəzi binasına silahlı hücum olub. Hadisə yerinə dərhal polis əməkdaşları cəlb edilib.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, silahlı şəxs binaya daxil olub. Dərhal xüsusi təlim keçmiş polis briqadaları operativ olaraq hadisə yerinə yönləndirilib.

Kanalda baş verən bu fövqəladə vəziyyət səbəbindən gərgin anlar yaşanır. Polis əməkdaşları hadisəni nəzarət altına almaq üçün səylərini davam etdirir.

Seçilən
34
publika.az

1Mənbələr