AZ

"Sabah"dan "Fiorentina"ya keçdi

Kristian Sebalyos "Sabah" futbol komandasının məşqçilər korpusundan ayrılıb.

Publika.az xəbər verir ki, ispaniyalı mütəxəssis ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, karyerasını İtaliyanın "Fiorentina" klubunun əsas komandasında məşqçi kimi davam etdirəcək. Bu barədə klub məlumat yayıb.

Qeyd edək ki, Sebalyos 2021-2024-cü illərdə "Sabah"da futbolçu kimi çıxış edib. O, bu ilin yayından əsas komandanın məşqçilər korpusunun üzvü idi.

Heybət

Seçilən
26
19
publika.az

10Mənbələr