AZ

Çin ABŞ gəmilərinə xüsusi liman rüsumlarının tətbiqini ləğv edib

Çin hökuməti ABŞ müəssisələri, təşkilatları və fiziki şəxslərinə məxsus və ya icarə olunan gəmilərə tətbiq edilən xüsusi liman rüsumlarını ləğv edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Çinin rəsmi media orqanları hökumətə istinadla məlumat yayıb. Bundan başqa, Cənubi Koreyanın ən iri gəmiqayırma şirkətlərindən olan “Hanwha Ocean”ın ABŞ ilə əlaqəli olan 5 müəssisəsinə tətbiq olunan sanksiyalar ləğv edilib.

Qeyd edək ki, Çinin Nəqliyyat Nazirliyi ABŞ-nin Çin gəmilərinə əlavə liman rüsumları tətbiq etmək qərarına cavab olaraq oktyabrın 14-dən ABŞ gəmilərinə xüsusi rüsumlar tətbiq edir.

Rəsmi Pekin oktyabrın 14-də ABŞ-nin Çinin dənizçilik, gəmiçilik və logistika sahələrinə yönəlmiş tədbirlərinə cavab olaraq “Hanwha Ocean”ın ABŞ ilə əlaqəli olan 5 müəssisəsinə sanksiya tətbiq edəcəyini açıqlamışdı.

Çinin Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında oktyabrın 30-da Cənubi Koreyanın Busan şəhərində keçirilmiş görüşdə iki ölkə arasında iqtisadi-ticari məsələlərin həllinə dair razılıq əldə olunub.

Seçilən
30
3
xezerxeber.az

4Mənbələr