AZ

Azərbaycan derbisi: Güclülər və zəiflər bilindi 

Misli Premyer Liqasının XI turunda “Qarabağ” doğma meydanda “Neftçi”ni məğlub edib – 2:0. Nüfuzlu “Sofascore” nəşri dünənki matçda çıxış edənlərin performanslarını qiymətləndirib.

“Qarabağ”da ən yüksək qiymət alan futbolçu Toral Bayramov olub. Matçdakı qollardan birinin müəllifi olan oyunçunun çıxışına 8.3 bal verilib. Ev sahibinin ən zəifi isə 6.4-lə Pedro Bikalyo seçilib.

“Neftçi”də isə ən yaxşı göstərici qapıçı Kenan Piriçə malikdir. Qolkiper 8 balla komandasının ən yaxşısı olub. Müdafiəçi İqor Ribeyro isə 5.9 qiymətlə “ağ-qaralar”ın ən zəif üzvü olub.

İdmanxeber.az

Seçilən
59
idmanxeber.az

1Mənbələr