AZ

Bayram günlərində 73 cinayətin açılması təmin olunub

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,  noyabrın 8-də və 9-da ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 57, o cümlədən borclu şəxs qismində axtarışda olan 35 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib. 

N.Adilqızı
XQ

 

Seçilən
6
49
xalqqazeti.az

10Mənbələr