Şəmkir piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun ərazisində qeydə alınıb.
Belə ki, Çaparlı kənd sakini, 1986-cı il təvəllüdlü Məhərrəmov Rəhman Rəhim oğlu idarə etdiyi "VAZ-2107" markalı avtomobillə piyada, Şəmkir rayonunun İsgəndərli kənd sakini, 1948-ci il təvəllüdlü Çitadze Yaşa Usmanoviçi vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.