Balakən rayonunda velosipeddən yıxılan 43 yaşlı şəxs ölüb.
"Cebheinfo.az" xəbər verir ki, hadisə ötən gün rayonun Mahamalar kəndində baş verib.
Belə ki, kəndin ərazisində kənd sakini 1982-ci il təvəllüdlü Hacyov Əli oğlu Dadayev idarə etdiyi velosipeddən yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"