AZ

Taekvondoçularımız Afinanın silkələdilər

Noyabrın 9-da Yunanıstanın Afina şəhərində kiçik yeniyetmələr arasında taekvondo üzrə Avropa birinciliyi keçirilib.

Modern.az-ın məlumatına görə, taekvondoçularımız uğurla çıxış edərək ümumilikdə 5 qızıl, 5 gümüş, 5 bürünc medala layiq görülüblər. 

Ümumi hesabda Azərbaycan komandası birinci pillədə qərarlaşıb. 

İdmançılarımızın nəticələrini təqdim edirik: 

Qızıl medal 

Əhməd Mürvətov (27 kq)
Əsma Abdullazadə (27 kq) 
Fidan Qafarova (30 kq) Rizvan Abdullayev (30 kq) 
Cahid İsmayılzadə (52 kq) 

Gümüş medal 

Ayşən Abuzərova (27 kq) 
Ümid Şahbazov (36 kq) Sübhan Rzayev (40 kq) 
Fateh Sultanlı (44 kq) 
Hüseyn İsmayılov (52 kq, “Atlet” TK)

Bürünc medal 

Vidadi Məmmədli (27 kq, “Altay” TK)
Rüqəyya Əliyeva ( 27 kq, “Nərimanov” İK) 
Aydan Hüseyinova (30 kq, “İrəvan” TK)
Aysu Qəribli (44 kq) 
Günəş Əzimzadə (52 kq)

Qeyd edək ki, milli komanda ilə yanaşı, 1 gümüş və 3 bürünc medal “Atlet” TK, “Altay” TK, “Nərimanov” İK və  “İrəvan” taekvondo klublarının təmsilçiləri tərəfindən qazanılıb.

Seçilən
39
11
modern.az

10Mənbələr