AZ

"Ordunun gücü artmaqda davam edir"- Hərbi ekspert

"Azərbaycan Ordusu bu gün daha güclü və müasir bir qüvvəyə çevrilib”.

Hərbi ekspert Şair Ramaldanov News365.az-a bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyev Aprel döyüşlərindən sonra Azərbaycanın Silahlı Qüvvələrinin potensialını yüksək qiymətləndirib.

Onun sözlərinə görə, həmin dövrdə dövlət başçısı ordunun qısa müddətdə işğalçı qüvvələri darmadağın edərək ərazi bütövlüyünü bərpa etməyə qadir olduğunu vurğulayıb.

Ramaldanov qeyd edib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri daha sürətlə inkişaf edir və ordunun döyüş qabiliyyəti əvvəlkindən daha yüksəkdir:

“Azərbaycan Ordusu indi daha güclü, daha müasir, daha döyüşkən və Ali Baş Komandana daha sadiq bir hərbi qüvvəyə çevrilib.”

Ekspertin sözlərinə görə, həyata keçirilən islahatlar və ordunun maddi-texniki bazasının gücləndirilməsi ölkənin müdafiə potensialını daha da artırıb.

Seçilən
49
news365.az

1Mənbələr