AZ

Mis qiymətləri son bir həftənin maksimumuna çatdı

BAKI, 10 noyabr. TELEQRAF

Mis fyuçerslərinin qiyməti bir funt üçün yenidən 5 dollardan yuxarı qalxaraq son bir həftənin ən yüksək səviyyəsinə çatıb.

Teleqraf xəbər verir ki, artım ABŞ hökumətinin bağlanmasının tezliklə başa çatacağına dair nikbin əhval-ruhiyyə ilə əlaqələndirilir.

Qırmızı metalın bahalaşmasına həmçinin dolların zəifləməsi də təsir edib.

Qeyd edək ki, Tramp administrasiyası mis də daxil olmaqla ABŞ iqtisadiyyatı və milli təhlükəsizliyi üçün vacib hesab edilən 10 yeni mineralı strateji əhəmiyyətli materiallar siyahısına əlavə edib. Mis elektrik nəqliyyat vasitələri, enerji ötürmə şəbəkələri və məlumat mərkəzləri üçün əsas xammal sayılır.

Seçilən
19
teleqraf.com

1Mənbələr