San-Fransiskoda supermarketin qarşısında baş verən atışma nəticəsində 5 nəfər yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə "Associated Press" yerli polisə istinadən məlumat yayıb.
Yaralılar xəstəxanaya aparılıb, 1 nəfərin vəziyyəti ağırdır.
Bildirilir ki, atışmada 5 nəfərin yaralanması polisi hərəkətə keçirib, araşdırma başlayıb.