AZ

Gəncədə Atatürkün anım mərasimi keçirilib

Türkiyənin Gəncədəki Baş Konsulluğunda Mustafa Kamal Atatürkün anım mərasimi keçirilib.

Aznews.az xəbər verir ki, "Nuri Paşa" zalında baş tutan tədbirdə diplomatik nümayəndəliyin əməkdaşları ilə yanaşı, Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, rəsmilər, ziyalılar, türkiyəli tələbələr iştirak ediblər.

Türkiyənin Gəncədəki baş konsulu Rəcəb Öztop çıxışında Mustafa Kamal Atatürkün Türk xalqı qarşısındakı tarixi xidmətlərindən bəhs edib.

Həmçinin Mustafa Kamal Atatürklə bağlı videoçarx nümayiş olunub.

Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürk 1881-ci ildə Selanikdə anadan olub. Təhsil aldığı Selanik Hərbi Liseyində riyaziyyat müəllimi olan Mustafa Əfəndi Atatürkü sinifdəki digər "Mustafa"dan fərqləndirmək üçün istedadlı şagirdinə "Kamal" adını qoyub.

Seçilən
15
3
aznews.az

10Mənbələr