AZ

Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci 7 % dən çox artırıb

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 1 milyard 982,266 milyon ABŞ dolları dəyərində mal idxal edib.

"Cebheinfo.az" Türkiyənin Ticarət Nazirliyinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünə nisbətən 7,4 % çoxdur.

Türkiyənin Azərbaycana ixracı onun ümumi ixracının 1 %-ni təşkil edib.

Hesabat dövründə Türkiyənin ümumi ixracının dəyəri illik müqayisədə 4,4 % artaraq 194 milyard 613,623 milyon ABŞ dollarına çatıb.

Türkiyədən ən çox idxalı Almaniya 16,636 milyard ABŞ dolları (1 il əvvələ nisbətən 10 % çox), Böyük Britaniya 11,533 milyard ABŞ dolları (+8,8 %), ABŞ 10,830 milyard ABŞ dolları (-2,5 %) və İtalya 10,285 milyard ABŞ dolları (+6,1 %) həyata keçirib.

Təkcə oktyabrda isə Türkiyədən Azərbaycana 248,414 milyon ABŞ dolları dəyərində mal ixrac edilib ki, bu da illik müqayisədə 20,2 % çoxdur. Türkiyənin Azərbaycana aylıq ixracı ümumi ixracının 1,2 %-i qədər olub.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
1
cebheinfo.az

2Mənbələr